Azərbaycanlı gənc reper yeni klipini təqdim etdi VİDEO


Şou-biznes 06 Avq 2019 11:26:00 357 0

Azərbaycanlı gənc reper yeni klipini təqdim etdi  VİDEO

Azərbaycanlı gənc reper Eddie Bueno yeni klipini dinləyicilərə təqdim edib.

Son.az xəbər verir ki, klip 2 avqustda YouTube video portalında onlayn olub. Musiqi müasir "Deep house" janrındadır. Bu janr Azərbaycan musiqisində ilkdir.

Reperin prodüseri Əliş Abdulla bildirib ki, klipin çəkilişinə 2 aydan çox vaxt sərf olunub. 3 fərqli məkanda çəkilişlər aparılıb. Növbəti aylarda yeni klipin təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, klipi gənc və istedadlı rejissor Müseyib Qasımov ekranlaşdırıb.