Külək Bakıya nə qədər ziyan vurdu?


Digərləri 06 Avq 2019 10:09:23 250 0

Külək Bakıya nə qədər ziyan vurdu?

Dünən müşahidə olunan güclü külək nəticəsində paytaxtda 60-a yaxın ağac və ağac budağı qırılıb. 

Son.az xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bənzər hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. 

"Ağac və ya ağac budaqlarının aşması nəticəsində 8 avtomobilə zərər dəyib. Hazırda müraciət edənlərin problemlərinin 90%-i aradan qaldırılıb. 

Aşan ağaclar ərazidən götürülüb. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb. İdarə gücləndirilmiş iş rejimində çalışır".