AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı


Digərləri 06 Avq 2019 09:59:41 206 0

AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Qida Təhlükəsizliyi Agentliyi Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Trend-ə Agentlikdən məlumat verilib. Məlumatda bildirilir: "Hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".