Bakıda mənzil yanıb


Digərləri 06 Avq 2019 09:17:00 193 0

Bakıda mənzil yanıb

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 72 m² olan mənzilin 1 otağında televizor, kondisioner və eyvanının yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.