Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb


Digərləri 06 Avq 2019 09:05:00 196 0

Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərib sayı 75 nəfərə çatıb.

Bakı. İlhamə İsabalayeva - Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımı tibbi yardım göstərilib: "Gecə saat 2-də xəstəxanada 6 nəfər olub ki, onların da 4-ü səhərə yaxın evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər müalicəsini davam etdirir. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş iş rejimində işləyir".