Sumqayıtda yanğın olub


Digərləri 06 Avq 2019 08:58:00 212 0

Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərində "Məişət Kimyası" ASC-yə məxsus zavodun ərazisində istismara yararsız avtomobil şinləri 3000 m² sahədə yanıb.

Yaxınlıqda yerləşən tutumu 150 m3 olan 1 ədəd yeraltı mazut çəni və tutumu 5000 m3 olan 1 ədəd yerüstü bitum çəni yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;