Göyçayda konyak zavodu yanıb


Digərləri 06 Avq 2019 08:48:00 335 0

Göyçayda konyak zavodu yanıb

Göyçay rayonunda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 165 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.