Smartfonlara virus hücumlarının sayı 50 faiz artıb


Digərləri 06 Avq 2019 08:01:00 205 0

Smartfonlara virus hücumlarının sayı 50 faiz artıb

2019-cu ildə mobil qurğulara, xüsusilə "Android" sistemli smartfonlara virus hücumlarının sayında artım müşahidə olunur. Cinayətkarlar daha çox fərdi məlumatlar oğurlamaq, izləmə aparmaq və qurğularda reklamlar göstərməyə çalışırlar. Bu barədə "ZDNet" nəşri "Check Point" informasiya təhlükəsizliyi şirkətinə istinadən məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkətin qiymətləndirməsinə görə, ilin birinci yarısında mobil qurğulara kiberhücumların sayında 2018-ci ilin analoji dövrü ilə müqayisədə 50 faiz artım qeydə alınıb.

Mobil bankçılığa hücumların sayı iki dəfə artıb. Bank zərərli proqram təminatı qurbanlarının ödəniş və hesab məlumatlarını, bank hesablarındakı vəsaitləri oğurlayır. Ekspertlərin sözlərinə görə, yeni bank viruslarının versiyaları onlara pul ödəyənlərin hamısı üçün kütləvi şəkildə yayılır.

Tədqiqatda, həmçinin qeyd olunur ki, kibercinayətkarlar şirkətin tədarük kanallarına hücumdan istifadə edərək öz təsirini genişləndirə bilərlər. Bu tipli kiberhücumda hakerlər zərərli kodu bilavasitə qurban şirkətin proqram təminatına tətbiq edirlər. Bu zərərli kod yerinə yetirildikdən sonra cinayətkarlar şirkətin məxfi informasiyasına çıxış əldə edirlər.