Facebook növbəti hesabatını təqdim etdi


Digərləri 06 Avq 2019 08:05:00 208 0

Facebook növbəti hesabatını təqdim etdi

Sosial media nəhəngi işçilərin müxtəlifliyi və etnik mənşə göstəricilərini bölüşüb.

Son.az chip.az-a istinadən bildirir ki, Facebook müxtəliflik və əhatə çevrəsi ilə bağlı 2019-cu il hesabatını yayımladı. Hesabatda şirkətin aktiv profil və müxtəlifliyinə dair məlumatlar paylaşılır.

Bu il 6-cı dəfə təqdim olunan hesabata görə, Facebook-da çalışanların yüzdə 36,9-u qadınlardan, üzdə 63,1-i kişilərdən ibarətdir. Texniki işlərdə bölgü 23 faiz qadına qarşı 77 faiz kişi şəklində təqdim olunub. İş və satış istiqamətində hesabat rəqəmləri 57,2 faiz qadın 42,8 faiz kişidir. Üst rəhbərlik 32,6 faiz qadına qarşı 67,4 kişi nisbətindədir.

 Qadın işləyən sayı artır.

Çalışanların cinsiyyət tərkibini 2014-cü il ilə müqayisədə belədir: Qadın-kişi (Ümumi şirkət üzrə hesabat qadın yüzdə 31, kişi yüzdə 69 faiz-dir), texniki mövqelər (qadın 15 faiz, kişi 85 faiz), iş və satış (qadın 47 faiz, kişi 53 faiz) və yuxarı idarəetmə (qadın 23 faiz, kişi 77 faiz).