Günəş enerjisi ilə, pilotsuz...


Digərləri 06 Avq 2019 07:51:00 246 0

Günəş enerjisi ilə, pilotsuz...

Çin mühəndisləri tərəfindən hazırlanmış sürücüsüz idarə olunan aparat günəş enerjisi ilə işləyir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Moszı-2" adlandırılmış sürücüsüz idarə olunan aparat Şərqi Çinin Desin rayonunun aeroportundan havaya qalxıb. Uçuş uğurlu keçib.

Sürücüsüz idarə olunan təyyarə onun qanadlarına quraşdırılmış günəş batareyaları ilə işləyir. 8000 metrədək hündürlüyə qalxan təyyarə havada 12 saat qala bilər.

Çin yeni aparatdan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, həmçinin rabitə və kəşfiyyat məqsədilə istifadə etmək niyyətindədir. Bundan başqa, günəş enerjisi ilə işləyən "Moszı-2" sürücüsüz idarə olunan təyyarəsi hərbi potensiala malikdir.