Göyçayda konyak zavodu yanıb


Digərləri 06 Avq 2019 04:31:32 229 0

Göyçayda konyak zavodu yanıb

Göyçay rayonunda yanğın baş verib

Bakı. Göyçay rayonunda yanğın baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 165 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.