Beyləqanda avtoqəza: Sürücülərdən biri öldü


Digərləri 06 Avq 2019 00:00:00 229 0

Beyləqanda avtoqəza: Sürücülərdən biri öldü

Beyləqan rayonunun Daşburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - Beyləqan rayonunun Daşburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 4-də saat 15 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində Dünyamalılar kənd sakini Süleyman Hüseynovun idarə etdiyi "VAZ-2109" və İmişli rayon sakini İ.Mirzəyevin idarə etdiyi "QAZ-3302" markalı avtomobillər toqquşub. Nəticədə S.Hüseynov hadisə yerində ölüb.