Qışa qarğıdalı konservi bağla RESEPT


Digərləri 05 Avq 2019 23:34:00 293 0

Qışa qarğıdalı konservi bağla  RESEPT

Qışda qarğıdalı konservi bir çox yeməklər və salatlarda lazım olur. Bir kiçik banka qarğıdalı da ucuz olmur. İndi təzə qarğıdalı bol olan vaxtda siz özünüz konservini hazırlaya bilərsiz.

Son.az medicina.az-a istinadən asan qarğıdalı bağlama reseptini təqdim edir. 

1 litr su 30 qr duz Şəkər tozu 2 x.q yayım çay qaşığı limon turşusu

20 ədəd qarğıdalı təmizlənib, 2 bölünüb, bir qədər duzlanmış suda yarı hazır olana kimi bişirilir. Dənələr çox həll olmamalıdır.

Hazır qarğıdalını soyuq su olan qaba yığıb soyudun və sonra dənələri ayırın. Bankaya qaralmış, çürük dənə düşməməlidir.

İndi marinad hazırlanır. 1 litr suya duz, şəkər və limon turşusu əlavə edib qarışdırın, qabda odun üzərinə qoyub 1-2 burum qaynadın.