Bond haqqında çəkilən filmdə şahzadə iştirak edə bilər


Digərləri 05 Avq 2019 23:10:00 272 0

Bond haqqında çəkilən filmdə şahzadə iştirak edə bilər

Böyük Britaniya Krallığının kral ailəsinin üzvü vəliəhd Çarlz Ceyms Bond haqqında çəkilən 25-ci filmdə kiçik bir rola çəkilməyə dəvət alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin yaradıcıları bir neçə çətinliklərlə qarşılaşıblar. Belə ki, baş rolda çəkilən Deniel Kreyq çəkiliş zamanı zədə almış, filmin rejissoru Denni Boyl isə ötən ilin avqust ayında layihəni tərk etmişdir.

Ekran əsərinin ərsəyə gəlməsində yaranan problemlərə baxmayaraq kral ailə üzvündən olan dəstək filmə rəng qatmaqla onun ehtiyacını ödəyə bilər.

Məlumatda bildirilir ki, vəliəhd iyun ayında çəkiliş meydançasına gəlib və D.Kreyqlə görüşüb. Onun verdiyi qərar sirr olaraq saxlanılır.