Maqnit qasırğası gözlənilir


Digərləri 05 Avq 2019 22:20:00 186 0

Maqnit qasırğası gözlənilir

Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq. Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.