165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb FOTO


Kriminal 05 Avq 2019 22:04:00 218 0

165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb  FOTO

Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı RPŞ-yə ərizə ilə müraciət daxil olub.

Məlumatla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Xəbərə aid foto