Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb


Digərləri 05 Avq 2019 21:44:57 227 0

Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bakı. Saatlıda 165 min manatlıq boru oğurlayan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı RPŞ-yə ərizə ilə müraciət daxil olub. Məlumatla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.