Hövsan yolunda qəza oldu, 6 nəfər yaralandı


Digərləri 05 Avq 2019 19:48:00 252 0

Hövsan yolunda qəza oldu, 6 nəfər yaralandı

Bakıda Hövsan-Türkan yolunda qəza baş verib.

Bakı. İlhamə İsabalayeva - Bakıda Hövsan-Türkan yolunda qəza baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 5, 7,14 yaşlı uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.