Eldar Mahmudovun əmisi oğlunun işi “MTNdə sözü müavinlərdən çox keçirdi”


Kriminal 05 Avq 2019 19:12:43 289 0

Eldar Mahmudovun əmisi oğlunun işi  “MTNdə sözü müavinlərdən çox keçirdi”

MTN-də Eldar Mahmudovun əmisi oğlu Vüqarın sözü müavinlərdən də çox keçirdi.

Bu fikri Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə zərərçəkmiş Sahib Qurbanov səsləndirib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Sahib Qurbanov nazirliyin ayrı-ayrı əməkdaşlarına böyük məbləğdə pul verdiyini, amma tam geri ala bilmədiyini söyləyib. Zərərçəkmişin dediyinə görə, tanışı Amil Yusifovun siqaretləri müsadirə olunanda ona da hədə-qorxu gəliblər, 40 min dollarını alıblar. Sahib Qurbanov pulu MTN əməkdaşı Heydər İslamova verdiyini deyir. İslamov sonradan, üstəlik, ondan 55 qutu siqaret də alıb. Bununla iş bitməyib. Bir müddət sonra Heydər İslamov həmkarı Rafiq Səfərovla birlikdə ondan yenə əlavə pul istəyib. Bu dəfə Sahibin digər tanışı Zaur Əzimov həbs olunmaq təhlükəsi ilə üzləşibmiş. Zərərçəkmiş sonda MTN əməkdaşlarına hissə-hissə 120 min manat verildiyini bildirir.

Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra Sahib Qurbanov pullarını geri almaq qərarına gəlib. Əvvəlcə Heydər İslamovdan 5 min manatını alıb. Sonra notarial qaydada daha 25 min manat ödənilib. MTN əməkdaşları etiraf edibmiş ki, Binəqədidə yanan binaya görə 200 min manat alıblar, geri qaytarmaq məcburiyyətindədirlər. Onlar həm də pulların əksərini Vüqar Mahmudova çatdığını söyləyirlərmiş: "Onun dediyi hər kəlmə Eldar Mahmudovun sözü kimi qəbul edilirdi".

Sahib Qurbanov 55 min manatının hələ də ödənilmədiyini deyir.