Azərbaycandan Həccə gedən zəvvarların son qrupu bu gün yola düşür


Digərləri 05 Avq 2019 19:02:00 269 0

Azərbaycandan Həccə gedən zəvvarların son qrupu bu gün yola düşür

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər 180 zəvvardan ibarət bir qrup artıq yola düşüb. Sonuncu qrup isə bu gün saat 19:00 radələrində yola düşəcək. Bununla da Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların yolasalma prosesi başa çatır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.