“Hercai”dən daha bir rekord


Digərləri 05 Avq 2019 18:56:00 318 0

“Hercai”dən daha bir rekord

Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialı daha bir rekorda imza atıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Akın Akınözü və Ebru Şahinin oynadığı ekran işi son dönəmin ən populyar işlərindən sayılır.

İmkansız bir eşq hekayəsindən bəhs edən serialın ilk bölümü "Youtube" video-hostinqində 21 milyon dəfə baxılıb və bununla da rekord qırıb.

Qeyd edək ki, "Hercai" ikinci mövsümü ilə izləyicilərin qarşısına sentyabrda çıxacaq.