Azərbaycandan Həccə gedən zəvvarların son qrupu bu gün yola düşür


Digərləri 05 Avq 2019 18:52:00 242 0

Azərbaycandan Həccə gedən zəvvarların son qrupu bu gün yola düşür

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

Bakı. Elçin Mehdiyev - Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd olunub ki, bu gün səhər 180 zəvvardan ibarət bir qrup artıq yola düşüb. Sonuncu qrup isə bu gün saat 19:00 radələrində yola düşəcək. Bununla da Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların yolasalma prosesi başa çatır. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.