“38 yaşım var, amma ailəm mənə “evdə qalmısan” demir”


Digərləri 05 Avq 2019 18:48:19 300 0

“38 yaşım var, amma ailəm mənə “evdə qalmısan” demir”

18 yaşım olanda bizim ailədə "ərə getmək" mövzusu müzakirə olunmurdu. O yaşıma qədər evimizdə bunun söhbətini belə eşitməmişdim. Bizim ailədə prioritet mövzu təhsil idi. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Günay Yelmarqızı sosial şəbəkədə yazıb. Bir müddət öncə ailəsinin seçdiyi şəxslə nişanlanacağı üçün intihar etdiyi iddia olunan Gülərin ölümündən kədərlənən aparıcı gənc qızların təhsil almasınn vacibliyini vurğulayıb:

"Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Amma bunlar heç biri bizim yaxşı oxumağımıza mane ola bilməzdi. Beynimiz sevgi, ər, məişət mövzular ilə yüklənmirdi. Mən jurnalist olmağı arzulayırdım. Aparıcı olub efirə çıxacaqdım. Cəmiyyətdə qadın olaraq öz yerimi tutacaqdım. 

Məqsədim məni birinci kursda oxuyarkən, 18 yaşımdan işləməyə sövq etmişdi. Sonra ikinci ali təhsil almaq məqsədimi də reallaşdırdım. Artıq 28 yaşına çatmışdım. Amma yenə də bizim ailədə "ərə get, hamı ailə qurdu, uşaq dünyaya gətirdi, sən qaldın" basqısı yox idi. "Seçim sənindir qızım. Məcburiyyət yoxdur" - tövsiyəsi vardı. 

Bu gün artıq 38 yaşım var. İndi də üzərimdə "Evdə qalmısan, çox gecdir, bizi tanıyanlar nə deyər? Heç olmasa ailə qur, bir uşağın olsun"- psixoloji basqısı yoxdur.