Gündoğanın taleyinə aydınlıq gəldi


İdman 05 Avq 2019 17:44:00 243 0

Gündoğanın taleyinə aydınlıq gəldi

Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğanın taleyinə aydınlıq gəlib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin üzvü "şəhərlilər"də qalacaq.

Bir müddət əvvəl komandadan ayrılması gözlənilən Türkiyə əsilli orta sahə oyunçusu Premyer Liqa çempionu ilə yeni müqavilə bağlamaqda razılaşıb. Tezliklə 29 yaşlı oyunçu uzunmüddətli sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, İlkay Gündoğanın Manchester City ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.