Sumqayıtda silsilə oğurluqlar edən iki şəxs saxlanılıb


Digərləri 05 Avq 2019 17:41:00 193 0

Sumqayıtda silsilə oğurluqlar edən iki şəxs saxlanılıb

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Bakı. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində may-iyul ayları ərzində şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.