Ən güclü külək Bakı və Sumqayıtda əsir - 40m/s


Digərləri 05 Avq 2019 17:49:03 228 0

Ən güclü külək Bakı və Sumqayıtda əsir - 40m/s

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, 5 avqust səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.