Agentlik aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir


Digərləri 05 Avq 2019 17:05:00 219 0

Agentlik aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir

Enerji Məsələlərini Tənzimləmə Agentliyi aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir

Bakı. Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsi, audit hesabatlarının hazırlanması, daxili nəzarət tədbirləri üzrə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Daxili audit şöbəsinə aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlərin hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsilə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-40 arası yaş həddinə malik olması tələb edilir. Sənəd qəbulu 15 avqust 2019-cu il tarixinədək davam edəcək. Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.