AQTA və QMİdən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr


Digərləri 05 Avq 2019 15:50:00 239 0

AQTA və QMİdən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.

Son.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) qurbanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyə edir: "Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil".

Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

S/s

Rayonlar

Heyvan kəsimi və satışı məntəqələrinin ünvanları

1

Səbail rayonu

Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası)

2

 

20-ci sahə (Badamdar şossesi)

3

Xətai rayonu

Zığ yolu ("Nargilə" adlanan yer və 5 saylı binanın yaxınlığında)

4

 

Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi

5

Binəqədi rayonu

Biləcəri qəsəbəsi , Xocəsən -Biləcəri - Binəqədi yolu (dördyol adlanan yer)

6

 

Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı)

7

 

Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")

8

 

Şərifzadə küçəsi 196

9

Yasamal rayonu

Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7

10

 

M.Xiyabani küçəsi 10c

11

 

Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)

12

Qaradağ rayonu

Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)

13

 

"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi

14

Nizami rayonu

M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi

15