“Acer” Beynəlxalq İnformatika Olimpiadasında rəsmi sponsordur (FOTO)


Digərləri 05 Avq 2019 15:47:47 235 0

“Acer” Beynəlxalq İnformatika Olimpiadasında rəsmi sponsordur (FOTO)

Olimpiadada iştirakçılara istifadəyə verilən kompüterlər ADA və Təhsil Nazirliyinə təqdim olunacaqlar.

Bakı. 5 avqust 2019-cu il. 4-11 avqust tarixlərində Bakıda baş tutan IOI 2019-un rəsmi sponsoru olan “Acer” tədbir iştirakçıları və əməkdaşlar üçün yeganə kompüter təminatçısı, həmçinin server və tədbirin idarəetmə sistemlərinin idarəçisi qismində çıxış edir. Şirkətdən Trend-ə verilən məlumata görə, cəmiyyətin inkişafına töhfə vermək “Acer”in “İnsanlar və texnologiyalar arasında baryerləri aşmaq” uzunmüddətli missiyasının əsasıdır. Beynəlxalq İnformatika Olimpiadalarında 2021-ci ilə qədər rəsmi sponsor kimi çıxış edərək, yarışları İT avadanlıqlar və texniki dəstəklə təmin etmək şirkətin təhsil sahəsini texnologiyalar vasitəsilə inkişaf etdirmək niyyətindən irəli gəlir. “IOI-a sponsorluq etmək istedadlı gənclərə uğur qazanmaları üçün “Acer”in göstərdiyi səylərdən biridir. Gələcəyin liderləri olacaq gənc istedadlara kömək edən bu əhəmiyyətli təşəbbüsün bir hissəsi olmaqdan qürur duyuruq” deyə şirkətin Qafqaz, Mərkəzi Asiya, Rusiya və Türkiyə üzrə vitse-prezidenti Qriqoriy Nizovskiy bildirib. “Müsabiqə üçün iştirakçılara asanlıqla işləmələrini və alqoritmləri ən səmərəli şəkildə həll etmələrini təmin edəcək xüsusi rəqəmli klaviaturalı “Acer Aspire 3” noutbuklarını seçdik." deyə cənab Nizovskiy əlavə edib. IOI 2019 müsabiqəsi başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək, Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün "Rəqəmsal Bacarıqlar" pilot layihəsini dəstəkləyəcək.