Külək AZALın işinə təsir edib?


Digərləri 05 Avq 2019 15:22:00 261 0

Külək AZALın işinə təsir edib?

Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:

"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".