Bu ölkədə niqaba qadağa qoyulub


Digərləri 05 Avq 2019 15:28:00 269 0

Bu ölkədə niqaba qadağa qoyulub

Hollandiyada artıq 1 ildir niqab qadağası haqda qanun qəbul olunub.

Son.az xəbər verir ki, qadağaya riayət etməyənləri 150 avro cərimə gözləyir.

Hollandiya Daxili İşlər Nazirliyi tərəfindən yazılan açıqlamada insanların üzlərini örtən parça, dəmir və digər nəsnələrə bürümək qadağan olunub. İstənilən ictimai məkanda belə bürünmüş qadınlara rast gəlinərsə, ya üzlərini açmaq, ya da məkanı tərk etmək tələb olunmalıdır. Buraya, həmçinin xəstəxanalar da daxildir.

Xatıradaq ki, bu gün Hollandiyada 150 niqablı qadın qeydə alınıb. Onların cəriməsini qurduqları Nida Partiyası ödəyəcək. (publika.az)