Axşam bu yollarda rənglənmə aparılacaq


Digərləri 05 Avq 2019 15:27:00 203 0

Axşam bu yollarda rənglənmə aparılacaq

Sürücülərdən müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakı. Elçin Mehdiyev - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22 00-dan səhər saatlarınadək Əsəd Əhmədov və Xiyabani küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.