10 yaşlı qızın başına ağac düşdü


Digərləri 05 Avq 2019 15:00:00 183 0

10 yaşlı qızın başına ağac düşdü

Sumqayıt şəhəri, 12-ci mikrorayonda, 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. 

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən qafqazinfo-ya bildirilib ki, Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. 

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.