82 yaşlı arvadını güllələdi: eyni silahla da


Dünya 05 Avq 2019 14:40:00 231 0

82 yaşlı arvadını güllələdi: eyni silahla da

Türkiyənin Çorum vilayətində mübahisə etdiyi 82 yalı həyat yoldaşını tapançayla vurub yaraladıqdan sonra intihara cəhd edən 68 yalı kişi dünyasını dəyişib.

Son.az DHA-ya istinadən xəbər verir ki, qanlı olay dünən axşam saatlarında baş verib.

Sadık Gevrek ilə arvadı Dudu Gevrek arasında evlərində bilinmyən səbəblərdən mübahisə düşüb. Psixoloji problemləri olduğu deyilən Sadık Gevrek mübahisə əsnasında arvadına tapançadan iki dəfə atəş açıb.

Qadının qan içində yerə yıxıldığını görən əri eyni silahla öz başına atəş açıb. Silah səslərini eşidib evə gələn qohum-qonşular cütlüyü təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar. 


Xəbərə aid fotolar