Qadınları Türkiyəyə xadimə adı ilə aparıb fahişəliyə cəlb etməkdə təqsiləndirilən


Kriminal 05 Avq 2019 14:49:00 231 0

Qadınları Türkiyəyə xadimə adı ilə aparıb fahişəliyə cəlb etməkdə təqsiləndirilən

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Müşviqə Kazımovanın barəsində cinayət işi başlanıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclası avqust ayının 9-da keçiriləcək.

Müşviqə Kazımova Azərbaycan vətəndaşı olan 3 qadını ölkə hüdudlarından kənara aparıb və orada kişi müştərilərlə pul müqabilində görüşdürüb, qazanc əldə edib. İttihama görə, Müşviqə Kazımova qadınları Türkiyəyə xadimə işləmək adı ilə aldadaraq aparıb.

Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdikləri şikayət əsasında Müşviqə Kazımova həbs edilib.