Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb FOTO


Digərləri 05 Avq 2019 14:38:00 242 0

Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb  FOTO

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.


Xəbərə aid foto