Lənkəran Regional Bərpa Mərkəzində müasir şərait yaradılır


Digərləri 05 Avq 2019 14:23:00 196 0

Lənkəran Regional Bərpa Mərkəzində müasir şərait yaradılır

Lənkəran Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır.

Bakı. Lənkəran Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikamızda əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Lənkəran şəhərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində də müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Bu məqsədlə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır. Lənkəran və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müəssisədə səmərəli fizioterapevtik metodların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə edilməklə həmin şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada reabilitasiya sahəsində sınanmış metodika və texnologiyalardan da geniş istifadə ediləcək.