SOCAR güclü küləklə bağlı Xəzərdə 700-ə yaxın işçini təxliyə edib


Digərləri 05 Avq 2019 14:29:35 255 0

SOCAR güclü küləklə bağlı Xəzərdə 700-ə yaxın işçini təxliyə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzərə dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib

Bakı. Sara İsrafilbəyova - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib. Bu barədə Trend-ə şirkətdən məlumat veriblər. Məlumata əsasən, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.