Nazir: "İnformatika olimpiadansının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətlidir"


Digərləri 05 Avq 2019 13:02:00 238 0

Nazir: "İnformatika olimpiadansının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətlidir"

İnformatika üzrə beynəlxalq olimpiadasının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir.

Son.az Trend-ə istinadən əbər verir ki, bunu Təhsil naziri, "IOI 2019"-un sədri Ceyhun Bayramov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, beynəlxalq elm sahələrinə aid tədbirlərin Azərbaycanda keçirilməsinə xüsusi önəm verilir: "Bu olimpiadanın ölkədə baş tutması da təqdirəlayiqdir. Olimpiadada iştirak etmək üçün 37 ölkədən 600-dən çox xarici qonaq ölkəyə gəlib".

C.Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının artığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da diqqətə çatdırıb: "Olimpiadaya maraq və kütləviliyin artması halları müşahidə olunur. Son illər ölkədə keçirilən olimpiadalarda 30 mindən çox iştirakçı olub. Komandamızın yüksək səviyyədə hazırlığı məqsədilə təlim-məşq keçirilib".

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə əlavə edib ki, olimpiadada 800-ə yaxın iştirakçı olacaq. Azərbaycan komandası 4 şagirddən ibarətdir.