Binəqədidə narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib (FOTO)


Digərləri 05 Avq 2019 12:45:59 163 0

Binəqədidə narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib (FOTO)

Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bakı. Binəqədi Rayon Polis İdarəsi və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.