"Taliban"dan hücum:


Dünya 05 Avq 2019 12:35:00 229 0

"Taliban"dan hücum:

Əfqanıstanın Qəndahar əyalətində yoxlama-nəzarət məntəqəsinə silahlı hücum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində ən azı 7 polis həlak olub. Səhər saatlarında baş vermiş hücum zamanı yaralanan polislərin də olduğu qeyd edilir.

"Taliban" hərəkatı bu insidentə görə məsuliyyəti öz üzərində götürüb.