Qvardiola sarı vərəqə ilə tarixə düşdü


İdman 05 Avq 2019 12:00:00 344 0

Qvardiola sarı vərəqə ilə tarixə düşdü

Manchester City-nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqa klublarının baş məşqçiləri arasında sarı vərəqə alan ilk mütəxəssis olub.

Goal.az-ın məlumatına görə, bu, İngiltərə superkuboku uğrunda keçirilən Liverpool-a qalib gəldikləri oyunda (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:4) baş verib. Epizodların birindən sonra 41-ci dəqiqədə  baş hakim Martin Atkinsonun qərarına şərt şəkildə etiraz edən 48 yaşlı çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqası rəhbərliyi 2019/2020 mövsümündən etibarən hakimlərə onlara etiraz edən məşqçilərə sarı və qırmızı vərəqə ilə cəzalandırmaq hüququ verib.