FHN: “Sədərək” ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb


Digərləri 05 Avq 2019 11:51:00 186 0

FHN: “Sədərək” ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

Bakı. Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb. FHN-dən Trend-ə bildiriblər ki, “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı anbarın yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.