Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı (FOTO)


Digərləri 05 Avq 2019 11:45:00 227 0

Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı (FOTO)

Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib.

Bakı. Elçin Mehdiyev – Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib. Trend-in məlumatına görə, səhər saatlarında paytaxtın Yasamal rayonunda ağac qırılıb. Hadisə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində qeydə alınıb. Belə ki, güclü küləyin təsiri nəticəsində ağac qırılaraq binanın yaxınlığında yerləşən bankomatın üzərinə düşüb.