"Sabah" futbol klubunun stadionu "Bank Respublika Arena" adlanacaq


Digərləri 05 Avq 2019 11:40:00 307 0

"Sabah" futbol klubunun stadionu "Bank Respublika Arena" adlanacaq

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ilə Topaz Premyer Liqasında mübarizə aparan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Sabah" FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində "Bank Respublika" yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən "Bank Respubika Arena" adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Biz inanırıq ki, "Sabah" FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin "Bank Respublika Arena" adlanması, Bankımızın  Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.


Xəbərə aid fotolar