İranda güclü zəlzələ:


Dünya 05 Avq 2019 11:08:00 254 0

İranda güclü zəlzələ:

Ötən gecə İranın cənub-qərbində Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, zəlzələ vilayətin bir çox rayonunda güclü şəkildə hiss olunub. Zəlzələ Gəçsaran rayonunda dağ uçqunu və mənzillərin divarlarının çatlamasına gətirib çıxarıb.

Zəlzələ nəticəsində Gəçsaran rayonunda beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.