“Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib
Digərləri 05 Avq 2019 10:52:00 264 0
"Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün "Azərişıq" ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir".
Son.az xəbər verir ki, bunu Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev vurğulayıb ki, "Azərişıq"ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub:
"Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq".
Mənbə: milli.az