Ən yaşlı quş Türkiyədə


Digərləri 05 Avq 2019 10:57:00 271 0

Ən yaşlı quş Türkiyədə

Türkiyədə dünyanın ən yaşlı leyləklərindən biri hesab olunan 34 yaşlı leylək elektirik naqillərinə toxunaraq faciəvi şəkildə tələf olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, leylək 14 iyun 1985-ci ildə Macarıstanın paytaxtı Budapeştdə dünyaya gəlib. 

Həmin tarixdə doğulduğunu təsdiq edən "Budapeşt X843" yazılmış halqa leyləyin ayağına taxılıb. Türkiyənin Əskişəhər ərazisində elektirik naqillərinə toxunaraq tələf olan Leylək Macarıstanda qeydiyyatda olan ən yaşlı quşdur. 

Qeyd edək ki, leyləklər orta hesabla 25 il yaşayırlar. Hazırda dünyanın ən yaşlı leyləyinin 39 yaşı var. 


Xəbərə aid fotolar