Tovuz, Ağstafa və Qazaxda qaz təchizatı dayandırılıb


Digərləri 05 Avq 2019 10:43:13 271 0

Tovuz, Ağstafa və Qazaxda qaz təchizatı dayandırılıb

Bu gün saat 08.00-dan etibarən Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bakı. Elçin Mehdiyev - Bu gün saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumatda, həmçinin qeyd edilib ki, bu gün saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı məhdudlaşdırılıb.