Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib


Digərləri 05 Avq 2019 10:27:00 208 0

Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir. Bunu Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Bakı. Elçin Mehdiyev – Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir. Bunu Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayev vurğulayıb ki, “Azərişıq”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub: “Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.